Show

21 Dekabr

İnsan Resurslarının inkişafı üzrə Mütəxəssis - VAKANSİYA

Kontakt Home İnsan Resurslarının inkişafı üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az vəzifə üzrə öhdəlikləri və tələbləri təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Təşkilati strukturların dəyişiklik tələblərini struktur rəhbərləri ilə müzakirə edilməsi;

  • Şirkətin təşkilati strukturunun təhlili, onun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması;

  • Təşkilati dəyişikliklər üzrə layihələrinin hazırlanması;

  • Əmək haqqının və bonusların planlanması proseslərini inkişaf sxemlərinin tərtib edilməsi;

  • Bütün işçilərin təzminat və müavinət sxeminin düzgün tətbiq olunmasını təmin edilməsi;

  • Qiymətləndirmə sisteminə görə vəzifələrin dəyərləndirilməsi və vəzifə dərəcəsinin müəyyən edilməsi;

  • İllik büdcə planlaması üzrə simulyasiya və modellərin hazırlanması;

  • Aylıq və Rüblük həvəsləndirici bonuslara nəzarət və təmin edilməsi;

  • Performans və vəzifə dəyişiklikləri əsasında əmək haqqı təkliflərin hazırlanması;

  • İR hesabatların hazırlanması (aylıq, rüblük, illik).

Tələblər:

  • Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);

  • İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;

  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;   

  • Azərbaycan dili biliyi, rus və ingilis dili biliyi arzuolunandır;

  • MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, PP, Word, Visio);

  • Çoxsaylı HR funksiyaları haqqında iş bilikləri;

  • Analitik düşünmə qabiliyyəti;

  • Yüksək kommunikasiya bacarıqları.

İş şəraiti:

  • İş günləri: I-V günlər;

  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.