Show

21 Dekabr

Mətbuat katibinin köməkçisi - VAKANSİYA

Dövlət qurumu Mətbuat katibinin köməkçisi vəzifəsinə vakansiya elan edir.

Fins.az vəzifə üzrə məlumat və tələbləri təqdim edir:

İş barədə məlumat:

  • Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla dövlət qurumunun fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
  • Qurumun planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq;
  • Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
  • İnformasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
  • Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press relizlərin və digər sənədlərin hazırlanması;
  • Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idərə edilməsi;
  • Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
  • Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanmasında dəstək göstərilməsi;
  • Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq;
  • Kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması

Namizədə tələblər:

  • Jurnalistika va ya uyğun sahədə minimum 1-3 il iş təcrübəsi;
  • Yerli medianı yaxından tanımaq;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • MS Windows, MS Office, Internet - yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
  • Yüksək Azərbaycan dili, Rus dili və İngilis dili bacarıqları. 
  • Hərbi mükəlləfiyyət. (Bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir! )
  • Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 2000 AZN + BONUS

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Mətbuat katibinin köməkçisi" qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Qeyd edək ki müraciətlərin çoxluğu ilə bağlı sizə geri dönüş 1-2 həftə ərzində gecikə bilər. Təkrar müraciətlərə baxılmayacaq. 

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq [email protected]