Baku Electronics kredit işçisi vəzifəsinə vakansiya elan edir.
Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.
Vəzifə öhdəlikləri:
-
Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
-
Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
-
Daxil olan müraciətlərinin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
-
Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
-
Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək.
-
Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
-
Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
-
Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək.
Tələblər:
-
Ali təhsil;
-
MS office proqramlarından sərbəst istifadə qabiliyyəti;
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kredit işçisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. hr@bakuelectronics.az