Show

13 Dekabr

Brendin inkişafı üzrə mütəxəssis - VAKANSİYA

Prior Leasing Brendin inkişafı üzrə mütəxəssis üzrə vakansiya elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Namizədə olan tələblər:

  • Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);

  • Satış sahəsində ən azı 1 il təcrübə olmalı;

  • Azərbaycan, rus dilləri səlis, ingilis dili orta olmalı;

  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;

  • Ezamiyyətlərə hazır olmalı.

Vəzifə öhdəlikləri:

  • Brend üzrə məsul olduğu texnikanın satışlarının təhlilini aparır;

  • Brendin bazarda seqmentləşməsini müəyyən edir;

  • Potensial müştərilər üçün sərgi və tədbirlərdə brendin təqdimatını təşkil edir;

  • Brendin satış həcmini proqnozlaşdırır və proqnozlara uyğun məhsulların sifariş edilməsi üçün həcmin müəyyən edilməsində iştirak edir;

  • Rəqiblərin qiymət siyasətini, bazar payını, satış fəaliyyətini araşdırır və görülən işlər barədə rəhbərliyə hesabat hazırlayır;

  • Brendlərin inkişafı üçün yeni təkliflər irəli sürür.

İş şərtlərimiz:

  • Əmək haqqı: 970-1108 AZN;

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 08:30-17:30.

  • İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brendin inkişafı üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.