Show

13 Dekabr

Ödəniş kartlarının ölkə daxilində klirinq-hesablaşma bölməsinin kiçik mütəxəssisi - VAKANSİYA

Unibank ödəniş kartlarının ölkə daxilində klirinq-hesablaşma bölməsinin kiçik mütəxəssisi vəzifəsi üzrə valansiya elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Təsvir:

  • MilliKart prosessinq mərkəzi tərəfindən gündəlik təqdim olunan hesabatlara əsasən banklararası hesablaşmalar (İssuing/Acquiring) üzrə klirinq;

  • Gündəlik inkasassiya olunan bankomatların balansının yoxlanılması, onların qeydiyyatdan keçirilməsi;

  • MilliKart prosessinq mərkəzi tərəfindən təqdim olunmuş hesabata əsasən e-commerce üzrə komissiyaların tutulması və klirinq, aylıq hesabatların hazırlanması;

  • MilliKart nəzdində olan bankların ödəniş sistemlərlə hesablaşmalar üçün açılmış bütün aralıq hesabları və İqtisad departamenti tərəfindən mercantlara açılan tranzit hesablar üzrə qalıqların yoxlanılması;

  • Dövriyyə-saldo balansının yoxlanılması və tranzit hesablar üzrə müxabirləşmələrin verilməsi;

  • Cari layihələr üzrə Prosessinq Mərkəzi, Service provayder və partnyorlar ilə Bank arasında olan üzləşmə aktlarının yoxlanılması;

  • Müştərilərin vəsaitin bankomat tərəfindən verilməməsi barədə yazılı şikayətlərinin araşdırılması və rəy verilməsi;

Tələblər:

  • İqtisadi sahə üzrə bakalavr ali təhsili;

  • Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel), İnternetdə işləmə bacarığı);

  • Azərbaycan dili üzrə yüksək, Rus dili üzrə orta səviyyədə bilik;

  • Xarici dil üzrə (İngilis dili) “Pre-intermediate” səviyyədə bilik;

  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;

  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;

  • Müvafiq sahə üzrə minimum 3 ay təcrübə müddəti;

  • Məsuliyyətli və diqqətli olmalı; 

Link