By Telecom Tender və Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.
Öhdəliklər:
-
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
-
Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” AR qanunvericiliyinə uyğun hazırlanması;
-
Tender təkliflərinin kommersiya şərtləri ilə əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
-
Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması və bununla bağlı nəzarət funksiyasının yerinə yetirilməsi bacarığı;
-
Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
-
Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
-
Yeni müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və daim genişləndirilməsi;
-
Potensial müştərilərin müəyyənləşdirilməsi və işgüzar əlaqələrin qurulması;
Tələblər:
-
Ali təhsil.
-
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
-
MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
-
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
-
İnandırma və təqdimat bacarığı
-
Nəticəyönümlülük və punktuallılıq
İş şəraiti:
-
5 günlük iş rejimi
-
Əmək haqqı 800 – 1500 ( + hər korporativ satışdan Bonus )
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “ Tender və Korporativ satış meneceri ” qeyd etməklə CV formasını və portfolionu e-mail ünvanına göndərin. [email protected]