Show

08 Dekabr

Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA) vəzifəsi - VAKANSİYA

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA) vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (orta);
  • PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
  • Oracle/PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
  • Verilən bazalarının daxilində mövcud olan proqramlardan istifadə etmə bacarığı; (Backup/restore,export/import və s.) 
  • Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
  • Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
  • Proseslərin avtomatlaşdırılması üçün SQL sorğuların yazılması;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 iyul 2023-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.