Show

04 Dekabr

Beynəlxalq əlaqələr üzrə mütəxəssis - Vakansiya

Fins.az xəbər verir ki, Talent Agency “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” vakansiyası elan edir

İş barədə məlumat

- Beynəlxalq münasibətlər üzrə tədbirlərin və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili, tədbirə dəvət olunmaları üçün sənədləşmənin aparılması
- Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici şirkətlərlə münasibətlərin inkişaf etdirilməsi
- Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması
- Azərbaycan və rus dillərində hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi tapşırıqlarını vaxtında yerinə yetirmək
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək
- İş rejimi: stabil

Namizədə tələblər

- AR vətəndaşlığı
- Ali təhsil; (Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil ixtisasları üzrə ali təhsil)
- 24-32 yaş
- Beynəlxalq münasibətlər sahəsi üzrə bilik
- Minimal iş təcrübəsi – 1-3 il
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir)
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti
- Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir

Şəhər Bakı

Yaş 24 - 32 yaş

Təhsil Ali

İş təcrübəsi 1 ildən 3 ilə qədər

Elanın tarixi Noyabr 28, 2023

Bitmə tarixi Dekabr 28, 2023

Əlaqədar şəxs Sərvan b.

Telefon (050) 444-99-06, (012) 597-56-15

E-mail [email protected]