Show

30 Noyabr

1C operatoru tələb olunur -VAKANSİYA

Zeytun Pharmaceuticals şirkətinə 1C operatoru tələb olunur.

Fins.az xəbər verir ki, şirkət vakansiya ilə bağlı şəraiti və tələbləri açıqlayıb.

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

- Mal satanlara iadə olunan malların razılaşdırılmış iadə şərtlərinə uyğunluğunu və əməliyyatın doğruluğunun yoxlanılması və 1C proqramında təsdiq edilməsi

- Şirkətin anbarları arasında mal hərəkətinin 1C-proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət

- 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aşağı satışın qarşısının alınması

- Mütəmadi olaraq mal satan şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması

- Anbarda olan malların seriya, adları üzrə uyğunsuzluqlarının 1C proqramında düzəliş edilməsi

- Referent siyahıya daxil edilmiş qiymətlərin 1C proqramına daxil edilməsi və yoxlanılması

İş şəraiti:

- İş yeri: NZS qəs., Oqtay Vəliyev 21C

- İş rejimi: 6 günlük iş həftəsi, 09:00-dan - 18:00-dək

- Nahar şirkət tərəfində təmin edilir

- Tibbi sığorta

- Əmək haqqı: 600 AZN

Namizədə tələblər

- Ali təhsil (mühasib, iqtisadçı)

- Minimum 1 il iş stajı

- MS Office proqramlarından istifadə bacarığı

- 1C 8.3 proqramı üzrə mükəmməl biliklər

Şəhər Bakı

Yaş 23 - 30 yaş

Təhsil Ali

İş təcrübəsi 1 ildən 3 ilə qədər

Elanın tarixi Noyabr 29, 2023

Bitmə tarixi Dekabr 29, 2023

Əlaqədar şəxs İnsan Resursları Şöbəsi

Telefon (050) 273-11-71

E-mail  [email protected]