Show

28 Noyabr

"PASHA Bank" işçi axtarır - VAKANSİYA

"PASHA Bank" Mükafatlandırma üzrə Baş Mütəxəssis vəzifəsinə işçi axtarır.

Fins.az xəbər verir ki, bank vakansiya ilə bağlı şəraiti və tələbləri açıqlayıb.

İş şəraiti:

Kompensasiya və imtiyaz proqramlarını təşkil etmək və idarə etmək
Əmək haqqı sorğusu (salary survey) məlumatlarını və əmək bazarını analiz etmək,və yerli bazara uyğun maaşları və imtiyazlari təhlil etmək
Əmək haqqı, bonus və imtiyaz planının yenilənməsi ilə bağlı illik kompensasiya və müavinətlərin araşdırılması proseslərini icra etmək
Kompensasiya və imtiyaz proqramlarına aid olan tənzimləmə tələblərinə uyğunlugu təmin etmək
HR və biznes liderlərinə təkliflər vermək üçün kompensasiya və imtiyaz məlumatlarını təhlil etmək
Kompensasiya və imtiyaz proqramları haqqında məlumatları təhlil etmək üçün Power Bi, Excel və buna bənzər vizuallaşdırma proqramlarında yaxşı səviyyədə işləməyi bacarmaq.
Planlaşdırma ve dizayn mərhələlərindən başlayaraq, “testing və deployment” mərhələləri daxil olmaqla, Employee Central, Kompensasiya modulu üçün lazım olan ERP layihəsinin bütün mərhələlərində xarici vendorlarla müstəqil şəkildə ünsiyyət qurmaq 

Tələblər:

Təhsil: İnsan resursları, Biznesin idarə edilməsi və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
Magistr dərəcəsi üstünlükdür.
Təcrübə: Mükafatlandirma ve İR əməliyyatları uzrə minimum 5 il təcrübə
Biliklər:
Əmək bazarı analizi və benchmarking daxil olmaqla kompensasiya və imtiyaz proqramlarının dizayn və idarə edilməsində təcrübə
Kompensasiya və imtiyazlarla bağlı tənzimləmə uyğunluğu haqqında güclü biliklər
Mükəmməl analitik bacarıq
Güclü kommunikasiya və təqdimat bacarıqları, həmçinin idarəetmə və biznes liderlərinə təqdimat bacarığı
Məlumatların analizi və hesabat üçün Power Bi, Excel kimi məlumat vizuallaşdırma proqramlarından istifadə bacarığı
Guclu idarəetmə və prioritetləşdirmə bacarığı
Dəqiqliyə və detallara diqqət etmək bacarığı

Fuad Mədətov
Fins.az