Show

24 Noyabr

"Domino’s Pizza Azerbaijan" işçi axtarır - VAKANSİYA

"Domino’s Pizza Azerbaijan" marketinq üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Fins.az xəbər verir ki, şirkət vakansiya ilə bağlı tələbləri və öhdəlikləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

Müştəri ilə düzgün kommunikasiya vasitələrinin hazırlanması
Satış məqsədləri üçün PR və reklam mətnlərinin hazırlanması
Billboardların və  vizitkartların dizaynının hazırlanmasının təşkilinə nəzarət edilməsi
Tizer və banner şəbəkələri ilə iş aparılması
İnstaqram, Facebook, Google Ads hesablarını idarə etməklə reklam vasitəsi  ilə şəbəkənin ön plana çıxarılması
İstifadə olunan saytların effektivliyinin təhlil edilməsi
Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsulların və xidmətlərin reklamının təşkil edilməsi
Bazardakı trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
Kompaniyaların təşkil edilməsi
Qida və kompaniya maliyyətlərinin hazırlanması
Şöbələrin müştəri gözü ilə analiz edilməsi
İllik marketinq planını hazırlanması və ona uyğun işlərini qurulması
Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edilməsi və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi

Tələblər:

İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsilli
Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi
Marketinqin əsas prinsiplərini yaxşı bilməli
Azərbaycan və rus dillərini səlis bilməli, ingilis dilini bilməsi üstünlükdür
Microsoft Office proqramlarında işləmə bacarığı
Mükəmməl kommunikasiya qabiliyyəti, təqdimat bacarığı, kreativlik, analitik qabiliyyəti yüksək olmalı

Əmək şəraitinin şərtləri:

İş qrafiki 6 günlük, həftənin 5 günü 10:00-18:00 , şənbə günü 10:00-14:00
Korporativ nömrə və nahar şirkət tərəfindən verilir
Əmək haqqı bazar rəqabətlidir və müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq 
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsinə (subject) Marketinq üzrə mütəxəssis qeyd edərək elektron ünvanına göndərməkləri xahiş edilir.

Fuad Mədətov
Fins.az