Show

16 Noyabr

“Bank Respublika” ASC işçi axtarır - VAKANSİYA

“Bank Respublika” ASC Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, bank vakansiya ilə bağlı öhdəliklərini və tələblərini açıqlayıb.

Ümumi vəzifə öhdəlikləri:

  • Gündəlik və digər tələb olunan analitik hesabatların hazırlanması (excel və s. proqramlarda);
  • Likvidlik və valyuta mövqeyi risklərinin təhlili;
  • Likvid vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinə dəstək;
  • Likvidliyin planlaşdırılması və monitorinqi üçün biznes sahələri ilə müzakirələrin aparılması;
  • ALM-lə bağlı yeni biznes məhsullarının təhlili;
  • Likvidliyin idarə olunması məqsədi ilə qaydaların və tənzimləyici orqanların təhlili;
  • Filialların biznes fəalliyyətinin idarə olunması və tövsiyələrin verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 il;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər (formulalar, məntiqlər, shortcuts və s.);
  • Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
  • SQL və Data management üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Fuad Mədətov
Fins.az