Show

16 Noyabr

ATS Food VAKANSIYA elan edir

ATS Food İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, ATS Food vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 1 Dekabr 2023-cü il

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (İnsan Resursları, Humanitar, İqtisadi ) 
  • İş təcrübəsi: İşə qəbul üzrə 2-4 il iş təcrübəsi
  • Kompüter biliyi: MS Office, ERP proqramları
  • Digər: Sahə üzrə sertifikatların olması üstünlükdür.

Vəzifədən gözləntilər:

  • Açıq vakansiyaları təhlil etmək, elanları şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkədə yerləşdirmək, işədüzəltmə şirkətləri ilə əlaqə saxlamaq;
  • İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq;
  • İşə qəbul funksiyası üçün istifadə olunan sosial şəbəkə hesablarını idarəetmək;
  • İşə qəbul kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
  • Vakansiyalara uyğun namizədlərin seçim, müsahibə və yerləşdirmə proseslərini həyata keçirmək;
  • Müxtəlif resurslar üzrə daxil olmuş CV-lərin incələnməsini və müsahibəyə dəvət edilməsini həyata keçirmək;
  • Vakansiyalara uyğun namizədlərin ilkin müsahibələrini və test imtahanlarını təşkil etmək;
  • Strukturlar tərəfindən təklif olunan vəzifə dəyişikliklərinin vəzifə dəyişikliyi proseduruna uyğunluğunun təşkil etmək;
  • İşə qəbul test bazasının yenilənməsini icra etmək;
  • Test imtahanı mütləq olan vəzifələr olan namizədlərin test imtahanı keçirilməsini təmin etmək;
  • Daxil olan CV-lərin arxivləşdirilməsini icra etmək;
  • Həftəlik vakansiyalar barədə məlumatları müvafiq qaydada hazırlamaq və birbaşa rəhbərə göndərmək;
  • İşçilərin sayı və hərəkəti barədə aylıq hesabatları hazırlamaq;
  • Vakansiyalara müraciət edən namizədlərin elektron siyahısını daim yeni saxlamaq;
  • Müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
  • “Açıq qapı”-nın təşkil edilməsi və prosedur üzrə izlənilməsi
  • Birbaşa rəhbərin işçinin əmək fəaliyyəti üzrə tapşırdığı digər işləri görmək.

İş şəraiti:

  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib) 
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Təmin edilir
  • Nahar: Təmin edilir
  • Korporativ nömrə və danışıq limiti: Təmin edilir
  • Tibbi sığorta

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "İşə qəbul üzrə mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər. ([email protected])

Murad Abdullayev
Fins.az