Show

15 Noyabr

Çinar Park QSC VAKANSİYA elan edir

Çinar Park QSC Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Çinar Park QSC vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə və öhdəliklər:

  • Müştərilərlə əlaqələr quraraq xidmətlər və icarə haqqında məlumat vermək;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • İcarə qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Bazarda gedən prossesləri izləmək, müştəri tərəfindən edilən təklif və iradları nəzərə alıb, təhlil etmək;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • Düzgün hədəf auditoriyalarını təyin etmək;
  • Xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;

Tələblər:

  • Təhsil: Ali (marketinq və satış sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Real Estate, Hospitality)
  • Kişi namizədlərə üstünlük verilir
  • Yaş həddi: 25-35
  • Kompüter biliyi: MS Office
  • Güclü təqdimat və satış bacarığı
  • Azərbaycan dilində mükəmməl ünsiyyət qurmaq bacarığı, ingilis və rus dillərini yaxşı bilənlərə üstünlük verilir

Digər bacarıqlar:

  • Güclü qərar qəbuletmə bacarığı;
  • Komanda mühitində işləmək bacarığı;
  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
  • Analitik düşünmə qabiliyyəti; 
  • Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri izləmək bacarığı;
  • Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq;

Son müraciət tarixi: 20 dekabr, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. ([email protected])

Murad Abdullayev
Fins.az