Show

15 Noyabr

Collezione Italia VAKANSİYA elan edir

Collezione Italia Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Collezione Italia vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Namizədə dair əsas tələblər:

  • Orta ixtisas (maliyyə uçotu,mühasibatlıq), ali təhsil - mütləqdir;
  • 1C proqramı ilə sərbəst işləmək bacarığı;
  • Müvafiq sahədə təcrübə mütləqdir; (Min. 1 il)
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (rus dillərini bilənlərə üstünlük verilə bilər).

Əsas vəzifə və öhdəliklər:

  • Ümumi satış əməliyyatları ilə bağlı işləri icra etmək, koordinasiya etmək və işlərə nəzarət etmək;
  • Mağaza üzrə anbar və xəzinə ilə əlaqəli olan bütün növ əməliyyatların cari vəziyyətini izləmək və problemləri həll etmək;
  • Satış prosesinin sistemə işlənilməsi üçün anbar şöbəsi ilə mütəmadi danışıqların aparılması;
  • Əməliyyatların icra statusu ilə bağlı məlumat bazasının daim yenilənməsini təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
  • Satış analizlərini aparmaqla məhsul kateqoriyaları üzrə müvafiq şəxslərə məlumat vermək;
  • Mağazada satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək və işin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • Müştəri sifarişlərinin, sifariş dəyişikliklərinin və geri qaytarılmış məhsulların 1 C proqramında yazılması;
  • Yeni məhsul kodlarının sistemə daxil edilməsi;
  • Müştəri məlumatlarının sistemə daxil edilməsi.

İş şəraiti:

  • Həftə ərzində 6 günlük iş qrafiki.
  • İş saatı: 10:00-19:00
  • Əmək haqqı 600-700 AZN
  • Yaş həddi : 22-35
  • Cinsi: Kişi

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə CV-lərini e-mailin mövzu hissəsində “Əməliyyatçı” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. Əks halda göndərilmiş CV qəbul olunmayacaq. ([email protected])

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Murad Abdullayev
Fins.az