Show

14 Noyabr

Kontakt Home VAKANSİYA elan edir

Kontakt Home Rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Kontakt Home vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Yeni reklam kanallarının və digər marketinq alətlərinin araşdırılması və iş birliyinin aparılması;
  • Müxtəlif rəqəmsal marketinq kanalları üzərindən kommunikasiyaların qurulması;
  • Reklam kanallarının və kampaniyaların analiz edilməsi;
  • Analizə əsasən optimizasiyaların aparılması;
  • Analizə əsasən hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Kommunikasiya üçün zəruri olan vizualların hazırlanmsına nəzarət etməlidir.

Tələblər:

  • Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
  • Meta Ads, Google Ads, Yandex Direct bilikləri;
  • Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
  • Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
  • ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
  • SEO üzrə biliklər arzu olunandır;
  • Excel və ya Google Sheet bilikləri;
  • Kollektiv və fərdi işləmə bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün keçiddən istifadə edə bilərsiniz.

Murad Abdullayev
Fins.az