Show

13 Noyabr

Giltex VAKANSİYA elan edir

Giltex Keyfiyyət təminatı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Giltex vəzifə ilə bağlı tələb və öhdəlikləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Keyfiyyət İdarəetmə sisteminin İSO 9001:2015 standartının tələbləri səviyyəsində qurulmasında iştirak etmək və işlək vəziyyətdə saxlanılmasına dəstək;
  • İdarəetmə sistemi üzrə risk və imkanların müəyyən edilməsi, qiymətləndirilməsi və təhlilində iştirak etmək
  • Keyfiyyət üzrə məqsədlərin müəyyən olunması və onlara nail olmanın planlaşdırılmasında iştirak etmək
  • İstehsalatda çıxan uyğunsuzluqların araşdırılması və duzəldici fəaliyyətlərin tətbiqi;
  • Müştəri şikayətlərinin araşdırılması və düzəldici fəaliyyətlərinin tətbiqi;
  • İSO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018 sertifikatlaşdırması üzrə daxili auditin keçirilməsini təşkil etmək;
  • Daxli Audit zamanı qarşıya çıxan uyğunsuzluqların həllinə dəstək olmaq;
  • Prosedurlar və qaydaların hazırlanmasında iştirak etmək və şöbələrə dəstək olmaq;
  • İSO idarəetmə sistemi üzrə proseslərin müəyyən olunmasına dəstək;
  • OEKA tex sertifikatlaşdırma prosesində iştirak etmək;
  • Məhsul qruplarına dair uyğunluq sertifikatının alınmasının təşkili;
  • İşçilərə İSO idarəetmə sisteminə dair təlimlərin keçirilməsi;

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
  • İSO 9001:2015 standartının sertifikatına malik olmalı, 
  • ISO 14001:2015, ISO 45001:2018 standartın tələblərini bilməli;
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını;
  • Dil bilikləri: ingilis və rus dilini bilənlərə üstünlük verilir;

İş saatı:

  • Həftə ərzində 5 günlük iş qrafiki.
  • İş saatı: 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Bakı şəhərində səhər "20 yanvar"metrostansiyasından/ axşam "Avtovağzal" metrostansiyasına servis
  • Ünvan: Sumqayıt şəhəri, Sülh küç

Müraciətlərinizi e-mail ünvanına Keyfiyyət təminatı üzrə mütəxəssis başlığı altında qeyd edərək yönləndirməyiniz xahiş olunur: ([email protected])

Murad Abdullayev
Fins.az