Show

07 Noyabr

PASHA Holding VAKANSİYA elan edir

PASHA Holding Audit Manager vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, PASHA Holding vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

PAŞA Holdinq Sığorta sektorundakı strateji aktivləri üçün Audit Manager vakansiyasına təcrübəli namizədləri işə dəvət edir.

Vəzifənin icmalı:

  • Daxili Audit Departamentinin fəaliyyətininin idarə edilməsini həyata keçirir və onun yerli qanunvericiliyə, daxili normativ sənədlərə, qabaqcıl təcrübələrə və Beynəlxalq Daxili Auditorlar İnstitunun Standartlarına uyğunluğunu təmin edir;
  • Daxili Audit Departamentin illik Audit Planının və büdcəsinin tərtib edilməsini və icrasını təmin edir, Şirkətin rəhbərliyi və digər strukturlarla effektiv işguzar münasibətləri dəstəkləyir;
  • Liderlik və idarəçilik nümayiş etdirir, komandanın biznes məqsədlərinə və şəxsi karyera hədəflərinə uyğun olaraq peşəkar və şəxsi bacarıqların artırılmasına yardımçı olur.

Funksiolnal vəzifələr:

  • Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasını təmin etmək;
  • Daxili Audit Departamentinin büdcəsini hazırlamaq, Audit Komitəsinə təsdiq üçün təqdim etmək və xərclərin büdcə daxilində saxlanılmasına nəzarət etmək;
  • İllik Audit Planını hazırlamaq və Audit Komitəsinə təqdim etmək;
  • Təsdiq olunmuş İllik Audit Planına  və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsini təmin etmək;
  • Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığını müəyyən etmək, audit layihəsinin gedişatına və büdcəsinə nəzarət etmək;
  • Audit layihələri üzrə hesabatların hazırlanmasını və müvafiq strukturlara (Audit Komitəsi, İdarə Heyəti və s.) təqdim edilməsini təmin etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək və icra statusu haqqında Audit Komitəsini mütəmadi qaydada məlumatlandırmaq;
  • Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyasını aparmaq və məlumat mübadiləsi prosesini dəstəkləmək;
  • Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların Audit Komitəsinə vaxtı-vaxtında təqdim edilməsini təmin etmək;
  • Daxili Audit Departamentinin əməkdaşlarının iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;
  • Nəzarətində olan əməkdaşların Əsas Fəaliyyət Göstəricilərini (ƏFG) və inkişaf planlarını müəyyən etmək; 
  • Daxili auditin işini müəyyən edilmiş peşəkar standartlara uyğun həyata keçirməsini təmin etmək;
  • Nəzarətində olan əməkşaların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Audit Komitəsinin Daxili Audit Departamenti ilə bağlı digər tapşırıq və göstərişlərini yerinə yetirmək;
  • Daxili komitələrdəki müzakirələrdə iştirak etmək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil); 
  • Müvafiq iş təcrübəsi: 5 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə dərin biliklərin olması;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklər;
  • Şirkətdaxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Effektiv kommunikasiya, planlaşdırma və insan resurslarının idarə edilməsi bacarıqları;
  • Kritik düşünmə, mülahizə və analitik təhlil bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatları (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
  • Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq.;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Audit Menecer” qeyd olunmalıdır;
  • CV-lər 05 dekabr, 2023-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər. ([email protected])

Murad Abdullayev
Fins.az