Show

06 Noyabr

Offissa Dizayn Ko VAKANSİYA elan edir

Offissa Dizayn Ko Mebel dizayneri vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Offissa Dizayn Ko vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil,
  • Kompüter bilikləri: Autocad, 3DMAX və Bazis-Mebelşik
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur, 
  • İş təcrübəsi: Mebel istehsalı sahəsində təcrübənin olması arzuolunandı
  • Punktual və ünsiyyətcil olması.

Vəzifə öhdəlikləri:

  • İşçi layihə planının Autocad proqramında hazırlanması;
  • Ölçülərin düzgün qeyd edilməsi və istehsalata layihənin təqdim edilməsi.
  • Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
  • Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.

Bilik və bacarıqlar: 

  • Mebel istehsalının texniki tələblərini və mebel normativlərini bilməsi,
  • Konstruksiya ilə işləmə qabiliyyəti,
  • Müştəri ilə işləmə qabiliyyəti 

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00, Şənbə  10:00-16:00

Əmək haqqı: 700-1 000 AZN arası (təcrübədən asılı olaraq.)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri" adını qeyd edərək göndərmələri xahiş olunur. ([email protected])

Qeyd:  Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Murad Abdullayev
Fins.az