Show

06 Noyabr

Uninet MMC VAKANSİYA elan edir

Uninet MMC Brend və Reklam üzrə Ekspert vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Uninet MMC vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Şöbə: Kommersiya 

İş qrafiki: Standart 

Son müraciət tarixi: 25.11.2023

Brend və Reklam üzrə Ekspert olaraq Sizin vəzifə öhdəlikləriniz:

  • Sabit biznes üçün brend və marketinq kommunikasiya strategiyalarının (MarCom) hazırlanması və idarə edilməsi;
  • Məhsul və xidmətlər bölməsi ilə razılaşdırılmış şəkildə MarCom (brend, rəqəmsal, ATL, BTL və məhdudlaşdırılmamış) fəaliyyətlərinin inzibati idarəçiliyi;
  • Həyata keçirilən hər bir layihə üzrə marketinq cədvəllərinin və gedişata dair hesabatların hazırlanması və saxlanılması; 
  • Büdcə planlaşdırılması və investisiyaların/xərclərin idarə edilməsi;
  • Fərziyyələrin irəli sürülməsi və yeni ideyaların hazırlanmasında iştirak;
  • Yerli və beynəlxalq sabit biznes bazarlarında Marcom tendensiyalarının monitorinqi;
  • Brendin kommunikasiya strategiyasının hazırlanması və həyata keçirilməsi, məhsul və xidmətlərin yol xəritəsinə uyğun olaraq müvafiq planların, kampaniyaların və tədbirlərin hazırlanması və yerinə yetirilməsi; 
  • Brendin müsbət imicini qoruyub saxlamaqla və artırmaqla onun bazardakı mövqeyinin möhkəmləndirilməsi;
  • Xarici agentliklər üçün istiqamətlərin müəyyən edilməsi və müəyyən layihə çərçivəsində işin düzgün əlaqələndirilməsi üçün yaradıcı xülasənin (creative brief) hazırlanmasına nəzarət;
  • Təsdiq edilmiş büdcə və müddət çərçivəsində müxtəlif miqyaslı ATL və BTL kampaniyalarının hazırlanması, həyata keçirilməsi, idarə edilməsi və uğurla reallaşdırılması;
  • Bütün kommunikasiya materialları üçün məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq;
  • Mesajların uyğunluğunu, marka qaydalarının yerinə yetirilməsini, tələblərə uyğunluğu və məhsulun/xidmətin dəqiqliyini təmin etmək üçün mövcud layihə materiallarının cari yoxlamalarını həyata keçirmək;
  • Bir neçə kommunikasiya kanalı üçün 3 dildə (AZ, RU, EN) məhsul haqqında müvafiq və düzgün mesajlar hazırlamaq: SMS göndərmə, veb-sayt və s. ;
  • Maksimum nəticələr əldə etmək üçün təchizatçılarla/tədarükçülərlə gündəlik əlaqələrin qurulması ;
  • Müəyyən bir layihə çərçivəsində agentliklər üçün istiqamətləri müəyyənləşdirmək üçün aydın yaradıcı xülasə hazırlamaq.

Vəzifənin tələbləri:

  • Ali təhsil (tele-kommuniasiya, idarəetmə, biznes, iqtisadiyyat, maliyyə və ya tədqiqat üzrə əlaqədar sahələr);
  • Aidiyyatı üzrə idarəetmə mövqeyində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dili və İngilis dili – sərbəst (danışıq və yazı, biznes ünsiyyət dilli mütləqdir), Rus dili – üstünlükdür;
  • MS Office proqramlarını (Outlook, Word, Power Point, Excel, Visio,) mütləq şəkildə bilmək;
  • Yüksək səviyyədə Korporativ Mədəniyyət və Korporativ Etika barədə məlumatlılıq;
  • Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti;
  • Müfəssəl təşkilati və zamanın idarə edilməsinə dair yüksək bacarıqlar. İnsanların idarə edilməsi;
  • Peşəkarlıq, güclü interpersonal bacarıqlar və əməkdaşlıq;
  • İşlərin sıralanması, eyni anda bir neçə işin görülməsi və komandaların gündəlik, aylıq və illik ƏFG-lərinə əməl edilməsi; 
  • Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;
  • Bütövlük;
  • Müştəri yönümlü;
  • Komanda işi və əməkdaşlıq;
  • Nəticə yönümlü;
  • Davamlı  təkmilləşmə.

Müraciət etmək üçün CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində vəzifənin adının “Brend və reklam üzrə ekspert” kimi qeyd edilməsi mütləqdir. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. ([email protected])

Murad Abdullayev
Fins.az