Show

05 Noyabr

Dövlət qurumu VAKANSİYA elan edir

Dövlət qurumu vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Dövlət qurumu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanmasında iştirak edir;
  • Qurumun maliyyə datasının analizinin aparılmasını təmin edir;
  • Mütəmadi olaraq proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsini təmin edir;
  • Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
  • Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsini həyata keçirir;
  • Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması ilə əlaqədar təkliflər verir;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanmasını təmin edir;
  • Maliyyə riskini müəyyən edir;
  • Büdcə mövzusunda məhsuldarlığı artırıcı təkliflər hazırlayır və Rəhbərliyə təqdim edir.

Tələblər:

  • Maliyyə üzrə tam ali təhsil; 
  • Maliyyəçi kimi minimum 5 il dövlət qurumlarında iş təcrübəsi;
  • Maliyyə aspektləri ilə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
  • Mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilmək;
  • Problem analiz etmə, planlama və təşkil etmə bacarığı;
  • Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA, CFA, CIMA) olması əlavə üstünlükdür.

Əmək şəraiti:

  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;
  • Əmək haqqı 2000 azn (net) və kollektiv mükafatlar.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. ([email protected])

Murad Abdullayev
Fins.az