Show

04 Noyabr

Baku Electronics VAKANSİYA elan edir

Baku Electronics İnteryer dizayner  vəzifəsi üzrə vakansiya elan edir. 

Fins.az xəbər verir ki, Baku Electronics vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Tələblər:

  • Dizayn və memarlıq şirkətlərində və ya daxili dizayner kimi 1 ildən 3 ilə qədər iş təcrübəsi;
  • İşıqlandırma və aydınlatma sistemləri üzrə təcrübə mütləqdir;
  • İşıqlandırma və aydınlatma sistemləri üzrə bilik;
  • İxtisaslaşmış müəssisələrdə müvafiq memarlıq və interyer dizayn təhsili ilə bağlı sertifikatlar;
  • 3D vizuallaşdırma bacarıqları, rəng və dizayn prinsiplərini işlərində tətbiq etmək;
  • Rus və ingilis dillərində yazılı və şifahi şəkildə ünsiyyət qurmaq;
  • AutoCAD, SketchUp, Revit və ya digər 3D proqram təminatı üzrə biliklər;
  • Analitik düşüncə;
  • Gərgin iş qrafikində işləmək və stresə davamlılıq;
  • Problemləri effektiv şəkildə həll etmək;

Vəzifə öhdəlikləri:

  • Mağazanın elektik və işıqlandırma sxemini hazırlamaq;
  • Mağazanın daxili interyerinə uyğun olaraq aydınlatmaların yerləşəcəyi yerləri müəyyən etmək;
  • Ehtiyac olduğu təqdirdə subpodratçılarla görüş keçirmək;
  • Şirkətin dizayn tələblərinə uyğun olaraq mağaza dizaynının ideyasının konsepsiyadan təfərrüatlı dizayn mərhələsinə çatdırılmasını təmin etmək;
  • Mağaza təmiri və alternativ mağaza formatları ilə bağlı müxtəlif dizayn formaları hazırlamaq və tətbiq etmək;
  • Estetik gözləntilərə və ümumi tələblərinə cavab verən bir sıra müvafiq innovativ dizayn üsulları hazırlamaq;
  • Dizaynın məqsədini rəhbərliyə və auditoriyaya aydın şəkildə çatdırmaq üçün sxematik planlar, vizual dizayn paketləri, eskizlər, cədvəllər və s. hazırlamaq və təqdim etmək;
  • Müxtəlif tikinti materiallarını, tikinti üsullarını, dizaynda istifadə edilən qabaqcıl təcrübələri, daxili tərtibati, işıqlandırma və akustika haqqında məlumatları aydın şəkildə təhlil etmək, vizual təqdimat materialları ilə məlumatları rəhbərlik və həmkarları ilə paylaşmaq;
  • Nəzərdə tutulan dizayn konsepsiyasını uğurla tamamlamaq üçün gözlənilən keyfiyyət standartına uyğun dizayn sənədlərini hazırlamaq;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;
  • İstənilən vaxtda çoxsaylı layihələri icra etmək üçün tapşırıq və məsuliyyətləri prioritetləşdirmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “İnteryer dizayner” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. ([email protected])

Murad Abdullayev
Fins.az