Show

03 Noyabr

Dövlət qurumu VAKANSIYA elan edir

Dövlət qurumu Kommunikasiyalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Dövlət qurumu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə və öhdəliklər:

  • PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması;
  • Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması;
  • Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
  • Cəlbedici məzmunla şirkət daxilində rəhbərlik və əməkdaşlar arasında effektiv ünsiyyəti təmin etmək;
  • Korporativ dəyərlərinin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflərin verilməsi və səlahiyyətləri daxilində həyata keçirilməsində iştirak edilməsi;
  • Qurumlar arası informasiya mübadiləsinin təşkil edilməsi, zəruri məlumatların əməkdaşlara operativ və qısa müddət ərzində təqdim edilməsi məqsədilə təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi, o cümlədən vətənpərvər, milli-mənəvi dəyərlər istiqamətində maarifləndirmənin səmərəli təşkil edilməsi;
  • İşçilərlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı sorğuların, monitorinqlərin aparılması və nəticələr üzrə hesabatların tərtib edilməsi işində iştirak edilməsi;
  • Daxil olan vətəndaş müraciətlərinin araşdırılması və cavablandırılması;
  • Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaların icra edilməs

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • Ali təhsil;
  • 24-32 yaş; 
  • Minimal iş təcrübəsi – 1-3 il; 
  • Hərbi mükəlləfiyyət; (Bəy namizədlər üçün mütləq tələbdir.)
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
  • *Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 2000 AZN + Bonus 

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Kommunikasiyalar üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. ([email protected])

Murad Abdullayev
​Fins.az