Show

02 Noyabr

DevOps engineer vəzifəsi üzrə VAKANSİYA

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinin Proqram təminatları şöbəsinə DevOps engineer vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, “Bank Respublika” ASC vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Ümumi vəzifə öhdəlikləri:

  • Linux əməliyyat sistemləri/Virtuallaşdırma sistemlərində yaranan çətinliklərin qısa müddətdə aradan qaldırılması;
  • Monitoring sistemləri ilə işləmək bacarığı;
  • Continuous Integration və Continuous Delivery metodologiyaları tətbiq etmək;
  • Yüksək yüklənmiş sistemlərin idarə edilməsi və dayanıqlığını təmin etmək;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • CI/CD yazılması və optimallaşdırılması;
  • Avtomatlaşdırma scriptlərinin yazılması və tətbiqi;

Namizədə qarşı tələblər:

  • Linux: CentOS, Ubuntu, Alpine üzrə texniki biliklər;
  • WebServer: Apache+php, nginx, tomcat üzrə texniki biliklər;
  • Devops tools: Docker, K8s/Nomad, git, Gitlab CI/CD, ansible üzrə texniki biliklər;
  • Monitoring tools: Nagios, Prometheus/Grafana üzrə texniki biliklər;
  • DB and cache, MQ: postresql, mongo, redis, memcache, rabbitmq üzrə texniki biliklər;
  • Scripting: bash, python üzrə texniki biliklər;
  • Virtualization: Vmware, Virtualbox üzrə texniki biliklər;
  • Analitik düşünmə bacarığı;
  • Agile metodologiyası barədə məlumatlı olmaq;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Sertifikatları olan namizədə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Noyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində DevOps engineer qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.