Show

01 Noyabr

"Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu VAKANSİYA elan edir

"Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə və öhdəliklər:

  • Yeni kadrların aktiv şəkildə axtarılması və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq;
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların tərtib edilməsi və İnsan resursları departamentinə təqdim edilməsi.

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • Tikinti və layihələndirmə sektorunda təcrübə arzu olunandır;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
  •  Minimal iş təcrübəsi – 1-3 il; 

Əmək haqqı: 1000-1500 AZN.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Kadrlar üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

E-mail: [email protected], CC- [email protected].

Murad Abdullayev
Fins.az