Show

01 Noyabr

Aqrar İnnovasiya və Təchizat Şirkəti VAKANSİYA elan edir

Aqrar İnnovasiya və Təchizat Şirkəti Aqronom Konsultant vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Aqrar İnnovasiya və Təchizat Şirkəti vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Namizədə olan tələblər:

  • Ali təhsil (Aqronomluq sahəsində);
  • Müvafiq sahədə minimum 5 illik iş təcrübəsi;
  • Həm açıq tarla (taxıl, texniki bitkilər), həm bostan bitkiləri, həm də meyvə bağlarında bitki bəsləmə və bitki qoruma qaydaları üzrə aktual nəzəri biliklərə və təcrübəyə malik olmalıdır;
  • Yerli torpaq strukturu, aktual bitki sortları, fermerlərin əkin və biçin vərdişləri barədə yüksək səviyyədə məlumatlı olmalıdır;
  • Həm gübrələmə proqramlarını, həm də zərərvericilərə qarşı mübarizə metodlarını yaxşı səviyyədə bilməlidir;
  • Enerjili, pozitiv və təşəbbüskar komanda oyunçusu olmalıdır;
  • Ezamiyyətlərə hazır olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Fermerlərin bitki bəsləmə və bitki qoruma ilə bağlı müraciətlərini cavablandıracaq, onların müvafiq sahədə problemlərinin həlli ilə bağlı mütəxəssis rəyi təqdim edəcək;
  • Gübrələmə və bitki mühafizə ehtiyaclarına uyğun reseptlər yazacaq;
  • Heyətin müvafiq sahədə marifləndirilməsi məqsədilə mütəmadi təlimlər verəcək;
  • Gübrə və bitki mühafizə vasitələri üzrə çeşidlərin təyinatı ilə bağlı lazımi təlimatların hazırlanmasında iştirak edəcək.

İş şərtlərimiz:

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır;
  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aqronom Konsultant” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. ([email protected])

Murad Abdullayev
Fins.az