Show

31 Oktyabr

IMA Energy VAKANSİYA elan edir

IMA Energy Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, IMA Energy vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

İş haqqında məlumat:

  • Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
  • Daxili və xarici bazarın araşdırılması,alternativ tədarükçülərin tapılması və görüşlər keçirilməsi;
  • Xaricdən tədarük edilən malların və məhsulların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi və daşımanın təşkili;
  • Təchizat şöbəsinin bütün bölmələri ilə tanış olmaq və kompyuterdən istifadə etmək.
  • Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək:
  • Material ehtiyatları, nominal anbarlar, təkrar sifariş məntəqələri, standart sorğu adları, tədarük siyahısı, eləcə də alış sifarişləri, ölçü vahidləri və anbarda saxlanılan bütün mallar üçün material vəsaitlərin ümumi miqdarı.
  • Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
  • Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
  • Əmək haqqı: bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.
  • Təcrübə - 5 ildən yuxarı.

Müraciət etmək üçün [email protected] mail ünvanına CV-lərinizi göndərin.

Murad Abdullayev
Fins.az