Show

31 Oktyabr

Inci Group Of Companies VAKANSİYA elan edir

 Inci Group Of Companies İşə Qəbul üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

Fins.az xəbər verir ki, Inci Group Of Companies vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
  • Yaş: 23-35;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı;

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
  • Uğurlu namizədlərlə bağlı referansların alınması;
  • Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
  • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
  • Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Şənbə və Bazar istirahət günü;
  • İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə mütəxəssis " yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Müraciət üçün keçiddən istifadə edin.

Murad Abdullayev
Fins.az