Show

31 Oktyabr

PASHA Insurance VAKANSİYA elan edir

PASHA Insurance Telesatış üzrə assistent vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, PASHA Insurance vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə və öhdəliklər:

  • Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
  • Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
  • Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;
  • Sığorta Şəhadətnaməsinin çapı və çatdırılması üçün müvafiq məlumatın Sığorta Əməliyyatların Dəstək şöbəsinə göndərilməsinin təmin edilməsi;
  • Fərdi və korporativ müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;
  • Hər bir fərdi müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi;
  • Hesab fakturaların hazırlanmas üçün sorğularım göndərilməsi;

Biliklər:

  • Ali təhsil
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili biliyi arzuolunandır
  • MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı

Təcrübə:

  • Sığorta satışları sahəsində minimum 1 il iş təcrübəsi

Bacarıqlar:

  • Səlis nitq, fikri aydın izah etmə bacarığı
  • Analitik düşüncə qabiliyyəti
  • Stressə davamlılıq
  • Komandada işləmək bacarığı
  • Problem həll etmək bacarığı

Son müraciət tarixi: 30 noyabr 2023

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. ([email protected])

Murad Abdullayev
Fins.az