Show

31 Oktyabr

Dövlət qurumu VAKANSİYA elan edir

Dövlət qurumu Tərcüməçi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Dövlət qurumu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Tərcümə komandamıza peşəkar tərcümə keyfiyyəti olan gənclər tələb edilir.

İngilis dili və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi vacibdir. Həmçinin əlavə dil bilikləri olan şəxslər (Alman, Fransız, Çin, Yapon, Gürcü, Fars və s.) vakansiya üzrə müraciət edə bilər. 

Vəzifə və öhdəliklər:

  • Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, 
  • Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
  • Azərbaycan dilindən ingilis dilinə və əks istiqamətdə tərcümələrin yerinə yetirilməsi;
  • Beynəlxalq əlaqələrin qurulması; (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.)
  • Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Tərcümə edilmiş materialların redaktəsi;

Tələblər:

  • AR vətəndaşlığı; 
  • Ali təhsil; 
  • Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
  • İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi (minimum IELTS 6.5);
  • Rus dili üzrə bilikləri arzuolunandır;
  • Əlavə dil biliklərinə həmçinin üstünlük verilir. (Alman, Fransız və s.) ;
  • Detallara diqqətli olmaq;
  • 21-31 yaş;
  • Minimal iş təcrübəsi – 1-3 il; 
  • Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.);
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Əla kommunikativ və analitik bacarıqlar;
  • Stressə davamlılıq ;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Tərcüməçi” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. ([email protected])

Vakansiya üçün vakant yeri: 3

Əmək haqqı: 2000 AZN.

Murad Abdullayev
Fins.az