Show

30 Oktyabr

Toca Residence VAKANSİYA elan edir

Toca Residence vəkil vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Toca Residence vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Namizədə tələblər:

  • Yaş: 28-40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən yuxarı 
  • Cinsi: Xanım
  • Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq
  • Vəkil kimi ən az 3 il təcrübənin olması
  • Hüquqi şəxslərlə işləmək bacarığı
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili -arzuolunandır;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı; 
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli

İş barədə məlumat:

  • Müraciətlər üzrə müxtəlif hüquqi sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması və aidiyyatı dövlət orqanlarına göndərilməsi;
  • Zərurət olduğu zaman şirkətin müvafiq dövlət orqanlarında və məhkəmələrdə təmsil edilməsi;
  • Mülki, Mülki - prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;
  • Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;

İş qrafiki: Hər həftə 2 dəfə olmaqla, iş saatı 9:00 – 19:00

Əmək haqqı: 1000 AZN

Qeyd: Xarici təhsili olan şəxslərə üstünlük veriləcək.Uyğun namizədlər, ŞƏKİLLİ cv-lərini qeyd olunan ünvana göndərə bilərlər.Yalnız işinin peşəkarı və düzgün şəxslər cv göndərsin.Əks halda tez ifşa olunur və biz həmin vəkili qısa müddətə yola salırıq. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır! ([email protected])

Mobil nömrə: +994502101538

Murad Abdullayev
Fins.az