Show

29 Oktyabr

Sara Invest Holding VAKANSİYA elan edir

Sara Invest Holding Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Sara Invest Holding vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir, şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir;
  • Şirkətin ümumi büdcəsinin tərtibinə, büdcəyə nəzarət hesabatlarını hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir, proqnozlarının icra hesabatlarının alınmasını təmin edir və konsolidə edilməsini təşkil edir;
  • Büdcə proqnozlarının icrasına nəzarət edir;
  • Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir, Şirkətin  ümumiləşdirilmiş rüblük və illik maliyyə hesabatlarının tərtibini təmin edir, nəticələrini təhlil edir;
  • Həyata keçirilən təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və şirkətin öhdəliklərinə nəzarəti təmin edir;
  • Tenderdə iştirak üçün sənədlərin hazırlanmasını təmin edir;
  • Balans və balansdan kənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirir;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
  • Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir;
  • Şirkətin bank hesablarının qalıqları, gündəlik əməliyyatları barədə, rəhbərliyə məlumat verilməsini təmin edir;
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
  • Vəzifə icrası ilə bağlı digər işlər.

Tələb və bacarıqlar:

  • Təhsil dərəcəsi:  Maliyyə-mühasibatlıq, iqtisadiyyat və ya bənzər sahə üzrə tam ali təhsil
  • Əlavə təlim sertifikasiyası: ACCA, CFA kimi beynəlxalq sertifikatların olması 
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri
  • İş təcrübəsi: Minimum 5 il  

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş vaxtı 9.00-dan 18.00-dək  
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı razılaşma əsasında

Uyğun namizədlər CV-lərinizi email ünvanına göndərə bilərsiz ([email protected])

Murad Abdullayev
Fins.az