Show

29 Oktyabr

Uninet MMC VAKANSİYA elan edir

Uninet MMC Ön Ofislər üzrə mütəxəssis (Quba) vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Uninet MMC vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Bölmə: Ön Ofislər bölməsi

İş qrafiki: Standart 

Son müraciət tarixi: 10.11.2023

Ön Ofislər üzrə mütəxəssis (Quba) olaraq Sizin vəzifə öhdəlikləriniz:

  • Daxili prosedur, müvafiq sənəd və proqramlarda (BSS, KPI, FAQ və s.) əks etdirilən qaydalara əsasən satış məntəqəsi vasitəsilə xidmətlərin təmin edilməsi;
  • Satış və xidmətlərlə bağlı müştərilərin çətinliklərini həll etmək və şikatətlərini qeyd almaq; 
  • Şirkət tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatın olması və müştərilərə yüksək səviyyədə satış və xidmətlə təmin etmək; 
  • Şirkətə və abunəçiyə aid məlumatın məxfiliyinin qorunması;
  • Müvafiq sənədlərə uyğun digər iş öhdəliklərini həyata keçirmək (nizam-intizam qaydalarina riayət, iş qrafikinə uyğun işləmək və s.);
  • Ofisdə düzgün nizam intizam qaydasının riayət olunmasını təmin etmək və qayda pozuntuları olarsa, dərhal rəhbərliyə bununla bağlı məlumat vermək;
  • Rəhbər heyəti olmadığı halda ofisdə pul vəsaitlərinin toplanması və inventarizasiya prosesinə nəzarət etmək
  • Administrativ öhdəliklər;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi;
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması. 

Vəzifənin tələbləri:

  • Orta təhsil;
  • Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək;
  • MS Office proqramlarını yaxşı bilmək(Excell, Word və s.). 

Müraciət etmək üçün CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində vəzifənin adının “Ön Ofislər üzrə mütəxəssis (Quba)” kimi qeyd edilməsi mütləqdir. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. ([email protected])

Murad Abdullayev
Fins.az