Show

27 Oktyabr

Kontakt Home VAKANSİYA elan edir

Kontakt Home Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Kontakt Home  vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
  • Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
  • Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
  • Merçendayzinqin əsaslarını üzrə biliklər;
  • Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
  • İş ilə bağlı səyahət etmək imkanı.

İş şəraiti:

  • İş günləri: I-VI günlər;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər  linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Murad Abdullayev
Fins.az