Show

26 Oktyabr

Bakelektro VAKANSİYA elan edir

Bakelektro İnsan Resursları üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Bakelektro  vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Əmək haqqı işçinin peşəkarlıq səviyyəsindən, uyğunluq dərəcəsindən asılı olaraq, qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
  • Elektron Hökumət Portalı, 1C (8.3) proqramı ilə işləmə bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək (Rus və ingilis dillərini bilmək üstünlükdür);
  • Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
  • Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı.

İşin təsviri:

  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; 
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; 
  • Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsi; 
  • İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
  • Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.

Müraciət etmək üçün [email protected] mail ünvanına CV-lərinizi göndərin.

Murad Abdullayev
Fins.az