Show

26 Oktyabr

Collezione Italia VAKANSİYA elan edir

Collezione Italia Doorman vəzifəsi üzrə vakansiya elan edir. 

Fins.az xəbər verir ki, Collezione Italia vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Namizədə dair əsas tələblər:

  • Boy: 170 sm-dən yuxarı;
  • Cinsi: Kişi
  • Təhsil: Orta ixtisas və ya orta;
  • Azərbaycan dili (rus dili bilgisi olanlara üstünlük verilir);
  • Xoş xarici görkəm və gülərüzlülük;
  • Sürücülük vəsiqəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.

Əsas vəzifə və öhdəliklər:

  • Gələn bütün müştəriləri və qonaqları  xoş gülərüz ilə qarşılamaq, yola salmaq;
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;
  • Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
  • Müştəri maşınlarının yerləşdirilməsinə köməklik göstərilməsi, nəzarət edilməsi;
  • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
  • Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

Biz sizə nə təklif edirik:

  • İş qrafiki: 09:30; 19:00-dək
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Korporativ nömrə ilə təmin olunma.
  • Gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Yaş həddi: 26 – 35 yaş;
  • Əmək haqqı: 600-650 AZN

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Doorman” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. ([email protected])

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.