Show

25 Oktyabr

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi VAKANSİYA elan edir

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Marketinq şöbəsinin meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Marketinq Meneceri potensial müştəriləri cəlb etmək və mövcud müştəriləri saxlamaq üçün bütün təşkilat üçün strateji marketinq planlarının hazırlanması, həyata keçirilməsi və icrasına cavabdeh olacaqdır.

Kontraktın başlama vaxtı: 18 Dekabr 2023

Əmək haqqı: 2407 AZN GROSS

Son müraciət tarixi: 20 Noyabr 2023

Tələblər:

  • Marketinq, Biznes İdarəçiliyi, Layihələrin İdarə olunması üzrə ali və ya magistr təhsili;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi və Marketinq, PR və ya Satış üzrə 3 il idarəçilik təcrübəsi;
  • Azərbaycan dilində sərbəst və ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • Rəqəmsal marketinq və satış üzrə beynəlxalq sertifikasiya;
  • Vahid komandada işləmək, çevik komanda qurmaq bacarığı, liderlik xüsusiyyətlərə malik olmaq.

Həmçinin vacibdir:

  • Çevik və analitik düşünmə qabiliyyətinə malik olmaq, yenilikçi və yaradıcı olmaq;
  • Məqsədləri müəyyən etmək və onlara nail olmaq üçün taktika və strategiyanı düzgün təsvir etmək;
  • İdeya və fikirləri şifahi və açıq şəkildə aydın, düzgün və səlis şəkildə izah etmək və çatdırmaq;
  • Müxtəlif situasiyalarda müstəqil qərarlar vermək bacarığı.

Öhdəliklər:

  • Marketinq üzrə bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək;
  • Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq;
  • Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
  • Şöbənin illik büdcəsini təsdiq üçün hazırlamaq və onu maliyyə cəhətdən məsuliyyətlə idarə etmək;
  • Müxtəlif satış tədbirlərində iştirak etmək və yeni müştəriləri cəlb etmək üçün tanıtım kampaniyaları təşkil etmək;
  • Bazar araşdırması aparmaq və müştəri tələbatlarını öyrənmək;
  • Müştərilərin məmnunluq dərəcəsini ölçərək, analiz apararaq və çatışmazlıqları müəyyən edərək təkliflər hazırlamaq;
  • Reklam xarakterli çəkilişlərin təşkili və yayımlanması;
  • Zənglər, görüşlər,təqdimatlar və tədbirlər həyata keçirməklə satışın təşkili;
  • Sosial şəbəkələr və veb-saytın idarə olunmasına nəzarət etmək;
  • Şöbə əməkdaşlarının peşəkar inkişafına dair təşəbbüslər irəli sürmək.

Kompleks təklif edir:

  • Məktəb avtobusu xidmətindən, yeməkxanadan, inventar və avadanlıqlardan istifadə etmək;
  • Normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;
  • Kompleksdə təhsil alacaq kompleks işçilərinin övladlarına 70% endirim;
  • Korporativ nömrə ilə mobil telefon;
  • Biznes bank kartı;
  • Noutbuk.

Müraciət üçün: Materialları (CV və maraq məktubu) elektron poçt ünvanına göndərilməsi tələb olunur. ([email protected])

(Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Müsabiqə müvafiq prosedura uyğun keçiriləcək).

Murad Abdullayev
​Fins.az