Show

25 Oktyabr

BTL Industries AZ VAKANSİYA elan edir

BTL Industries AZ Estetik Tibb cihazlarının satışı üzrə menecer köməkçisi (Sales Assistant) vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, BTL Industries AZ vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

İşin təsviri:

  • Estetik və kosmetoloji cihazların satışının həyata keçirilməsi;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
  • Günlük,aylıq,rüblük olaraq planlaşdırma və bunun üzərində çalışmaq
  • Hazır və yeni müştəri bazası ilə iş birliyinin qurulması: Premium sinif salonlar,estetik mərkəzlər və çox funksiyalı tibb mərkəzlərinin estetik və kosmetologiya bölmələri;
  • Soyuq zəng və görüş prinsipi ilə iş gününün bölünməsi;
  • Potensial müştərilər üçün təkliflərin hazırlanması;
  • Müştərilərlə görüşlərin təşkili və cihazlar haqqında təqdimatların həyata keçirilməsi;
  • Cihazların tanıtımı və satışı üçün müxtəlif tədbirlərin təşkili;
  • CRM sistem ilə işləmək;
  • Sərgilərdə, promo tədbirlərdə və prezentasiyalarda iştirak etmək;
  • Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim etmək;

Namizədə Tələblər:

  • Cinsi: Qadın;
  • Ali təhsil (Tibbi təhsil üstünlükdür) ;
  • Satış texnikaları ilə tanışlıq;
  • B2B satış seqmentində 1 il minimum  təcrübə (Premium seqment məhsulların satışında təcrübə üstünlükdür);
  • İşgüzar danışıqların və yazışmaların aparılması;
  • Effektiv kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı; (Rus dili mütləqdir);
  • Kompyuter və ofis proqramlarından istifadə etmək bacarığı (Word, Excel, PPT);
  • Şəxsi keyfiyyətlər: Nəticə yönümlü olub satış sahəsində inkişaf məqsədli olmaq. Komandada işləmək və sərbəst qərar vermək bacarığı. Dürüst, nizam-intizamlı, məsuliyyətli, aktiv və məsuliyyətli olmaq);
  • İşgüzar səfərlərə hazır olmaq;
  • İngilis dili bilikləri əlavə üstünlükdür.

Şərtlər:

  • Tibbi və estetik avadanlıqların qlobal bazarında lider mövqe tutan şirkətdə işləmək imkanı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; 
  • Sınaq müddəti - 3 ay;
  • Telefon danışıq və nəqliyyat xərclərinin şirkət tərəfindən ödənişi;
  • Cihazlar haqqında təlim şirkət tərəfindən həyata keçirilir;
  • Əmək haqqı 1000 AZN +Satışdan bonuslar; (Əmək haqqı namizədə görə dəyişə bilər).
  • İş qrafiki: həftədə 5 gün 09:00-18:00;

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini və istək məktublarını (qısa olaraq) mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Estetik Tibb cihazlarının satışı üzrə menecer”  qeyd etmələri xahiş olunur. ([email protected])

Murad Abdullayev
​Fins.az