Show

25 Oktyabr

Kristal Abşeron VAKANSİYA elan edir

Kristal Abşeron Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki,Kristal Abşeron vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Tələblər:

  • Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
  • Müvafiq sahə üzrə iş təcrübəsi 1-2 il iş təcrübəsi;
  • Mühasibatlıq bilikləri;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi ilə bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, təhlili;
  • Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi;
  • Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
  • Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Proseslərin və xərclərin optimallaşdırılması;
  • Avans hesablarının gündəlik izlənilməsi və balansa nəzarət;
  • Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına nəzarət;
  • Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
  • Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
  • Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
  • Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
  • Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmalar aparmaq;

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. ([email protected])

Murad Abdullayev
​Fins.az