Show

25 Oktyabr

Javiddo Group VAKANSİYA elan edir

Javiddo Group Digital Marketing Specialist vakansiya elan edir.

Fins.az xəbər verir ki, Javiddo Group vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Qlobal səviyyədə sürətli inkişaf dönəmi yaşayan xarici sərmayəli şirkətin gənc və dinamik komandasında yer almaq, bir başa həqiqi marketinq laboratoriyasında (0 dan məhsul yaradılması, inkişafı və qlobal bazarlara çıxarılması) simulyativ işlərdə deyil, marketinq sahəsinin A-dan Z-ə bütün mərhələlərinin real iştirakçısı və şahidi olmaq, öz bacarıqlarınızla dəyər qatmaq, dəyər qazanmaq istəyirsinizsə bu vakansiya məhz sizin üçündür. Axtardığımız komanda yoldaşında görmək istədiyimiz bacarıqlar və qabiliyyətlərin əsas hissəsi aşağıda yer almışdır. 

Diqqətlə oxuyun və uyğun olduğunuzu düşündüyünüz təqdirdə şəxsi məlumatlarınızı bizə göndərməyi unutmayın. 

Öhdəliklər:

  • Saytdaxili optimallaşdırma və indeksləmə aparılması
  • Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək;
  • Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq;
  • Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO)
  • Şirkətin rəqəmsal reklam üzrə strategiyasını hazırlamaq;
  • Şirkətin sosail media hesablarını idarə etmək, kontentin yaradılmasında birbaşa iştirak edib həllər təklif etmək;
  • Qoyulmuş hədəflərə uyğun məzmunların planlanması;
  • Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə tövsiyələr vermək;
  • Reklam ödənişlərinə nəzarət etmək;
  • Aylıq hesabatları vaxtında hazırlamaq;
  • E-ticarət sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;

Bacarıqları(Hard skills):

  • Müvafiq vəzifədə ən az 2-3 il təcrübə;
  • Azərbaycan, ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • SEO və SEM üzrə praktik biliklər və təcrübələr;
  • Axtarış motorlarının alqoritmləri barədə dərin anlayış;
  • Google (Ads, GA4, YouTube ads, etc.) HubSpot, Yandex (Direct, Metrica) ;
  • Axtarış snippet-lərinin formalaşdırılması və analizi;
  • Daxili və xarici optimizasiya;
  • Link building (interlinking, backlink-lər və s.) ;
  • Keywordlərlə işləmə bacarıqları
  • (Semrush,Google Keyword Planner, Yandex Wordstat, Alibaba Keyword Adviser və s.) ;

Özəllikləri(Soft skills):

  • Məntiqi və kritik düşüncəyə sahib olmaq;
  • Dünyagörüşü geniş və müasir trendlərə açıq olmalı;
  • Tapşırıqları marketinq nöqteyi-nəzərdən görüb, tətbiq etməsi;
  • Vaxt idarəetməsi (time management) ;
  • Müxtəlif tapşırıqlar üçün adaptasiya qabiliyyəti və dünyagörüşü ;
  • Multitask işləmə qabiliyyəti və prioritetlərə düzgün riayət olunması ;

İş haqqında məlumat:

  • 5 günlük iş qrafiki 09:00-dan - 19:00-dək
  • Aylıq sabit rəqabətə davamlı əmək haqqı (müsahibə əsnasında müəyyən ediləcək.)
  • Nahar şirkət tərəfindən verilir. Nahar fasiləsi 13:00-dan - 14:00-dək
  • Ünvan: Xırdalan dairəsi, Aşıq Şəmşir küç., 33

Qeyd olunan tələblərə cavab verən namizədlər CV`lərini “Rəqəmsal Marketinq mütəxəssisi” başlığı ilə elektron ünvanına göndərə bilərlər. ([email protected])

Murad Abdullayev
​Fins.az