Show

24 Oktyabr

Master Tools VAKANSİYA elan edir

Master Tools satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, master Tools vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Əmək haqqı: 1400 - 1800 AZN.

İşin öhdəlikləri:

  • Satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış; 
  • Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi; 
  • Təchizat və satınalmanın ümumi prinsipləri və prossesləri barədə məlumatlı olmaq;
  • Razılaşdırılmış ticari şərtlərin icraatına nəzarət.
  • Xarici bazar araşdırmalarının aparılması və satış analizlərinin həyata keçirilməsi. 
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı; Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırma və təşkil etmə, komandada işləmə bacarıqları;
  • Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması) ;
  • Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması;
  • Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Stressə davamlılıq;
  • Xoş və səliqəli görünüş,
  • Məsuliyyətli, pozitiv, gülərüz və nəzakətli,
  • Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək.

Tələblər:

  • Təhsil : Ali
  • İş təcrübəsi : 3 ildən 5 ilə qədər
  • Kompüter biliyi: MS Office (Word, Excel);
  • Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
  • 25-40 yaş aralığı;
  • Azərbaycan, İngilis və Rus dillərini (yazılı və şifahi) əla səviyyədə bilmək.
  • Cins : Xanım və bəy
  • İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət üçün keçiddən istifadə edin.

Murad Abdullayev
Fins.az