Show

23 Oktyabr

Bakı Sığorta VAKANSİYA elan edir

Bakı Sığorta subroqasiya şöbəsinin mütəxəssisi vakansiya elan edir.

Fins.az xəbər verir ki, Bakı Sığorta vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

İş yeri – Bakı şəhəri, Nəsimi ray., Azadlıq pr. 120

Əlaqə nömrəsi: 969

İş barədə məlumat:

  • Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək; 
  • Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
  • Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
  • Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
  • Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
  • Şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək;
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;

Namizədə tələblər:

  • Yaş həddi – 25-45 
  • Ali hüquq təhsili;
  • İş təcrübəsi – 1 ildən yuxarı 
  • Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla
  • Məsuliyyətli və işində dəqiq;
  • Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik; 
  • İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına (Mövzu hissəsində - Subroqasiya şöbəsinin mütəxəssisi qeyd etəklə) göndərmələri xahiş olunur. ([email protected])

Murad Abdullayev
​Fins.az