Show

23 Oktyabr

Bonamed VAKANSİYA elan edir

Bonamed satış üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. 

Fins.az xəbər verir ki, bonamed vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

İş barədə məlumat:

  • Ofis daxilidir
  • Potensial müştərilər ilə əlaqə yaradaraq, onların şirkətə müştəri kimi cəlb edilməsini təmin etmək üçün, şirkət tərəfindən keçirilən təlimdə tam şəkildə öyrədilən məhsul və xidmətlər haqqında məlumatın verilməsi 
  • Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması 
  • Səlis, aydın və inandırıcı mətnlər yazmaq
  • Fəaliyyəti haqqında rəhbərliyə günlük/həftəlik/aylıq hesabat verilməsi

Namizədə Tələblər:

  • Ali təhsil mütləqdir; (hal-hazırda heç bir təhsil müəssisəsində təhsil almayan namizədlərin müraciətlərinə baxılacaq)
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
  • Effektiv kommunikasiya və təqdimat bacarığı; 
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı
  • Satış üzrə minimum 1 il iş təcrübəsi.

QEYD: Satış sahəsində daha öncə işləyən, (yüksək məbləği olan istənilən kateqoriya əşya satışı üstünlükdür) özünə güvənib, yüksək məvacib qazanmaq istəyən namizədlərin müraciət etməsi tələb olunur.

Şərtlər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
  • İş rejimi: 09:00-dan 18:00-dək;
  • Həftənin 6 günü (Şənbə günü yarım iş günü);
  • Bayramlar qeyri iş günü;
  • Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
  • Əmək haqqı 400-600 AZN + premiya (satış həcminə görə 1000-5000 azn);
  • Perspektivli və artan vəzifə imkanı

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satış üzrə Mütəxəssis” qeyd etmələri xahiş olunur. ([email protected])

Murad Abdullayev
​Fins.az