Show

23 Oktyabr

By Telecom VAKANSİYA elan edir

By Telecom Category Manager (İT-Məişət) vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, By Telecom vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Əsas vəzifələr:

  • Bazar araşdırması edərək müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, məhsul çeşidini müəyyənləşdirmək;
  • Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək indiki və gələcək məhsul özəlliklərini müəyyən etmək, yeni məhsul ideyalarını və ya məhsul çeşidlərini ortaya çıxarmaq;
  • Şirkətin məhsulunu rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;
  • Rəhbərlik etdiyi kateqoriyanın satış strategiyasını rəhbərliklə bir yerdə müəyyənləşdirmək;
  • Rəhbərlik etdiyi məhsulların xüsusiyyətlərini sistemdə və saytda daim yükləmək və təqib etmək;
  • Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozları və xüsusi hesabat və təhlillər hazırlayaraq rəhbərlik üçün məlumat vermək; sual və sorğulara vaxtında cavab vermək;
  • Öhdəliyində olan məhsul çeşidi üçün Marketinq kompaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi;
  • Rəhbərlik tərəfindən qoyulan, aylıq, rüblük və illik satış hədəflərinin yerinə yetirilməsi üçün səylə çalışmaq;
  • Satış və stok vəziyyəti, bazar satış tenedesiyası və s. Məqamları nəzərə alaraq məhsul sifarişi hazırlayıb rəhbərliyə təsdiq etdirmək;
  • Mağazaları analiz edərək uyğun məhsul çeşidinin müəyyən edilməsi və gələn yeni məhsulların buna uyğun bölgü olunması.

Namizədə tələblər:

  • Təhsil: Ali
  • Azərbaycan və ingilis dillərində səlis bilməli; Rus dilini bilmək üstülükdür;
  • Satış təcrübəsi olmalıdır; (İT/Məişət)
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Güclü analitika qabiliyyəti;
  • Məhsulları təqdim etmək bacarığına malik olmaq.

 AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Həftədə 5 iş günü, 2 gün istirahət;
Ə/h: 800-1300 azn + bonuslar;
Karyera yüksəlişi imkanı;
Ödənişsiz təlimlər;

Müraciət üçün CV-lərinizi email adresinə göndərə bilərsiniz. ([email protected])

Murad Abdullayev
​Fins.az