Show

23 Oktyabr

White Construction VAKANSİYA elan edir

White Construction hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

 

Fins.az xəbər verir ki, White Construction vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Əmək haqqı: 1000 AZN 
Şəhər: Bakı

Namizədə tələblər:

  • Yaş: 25-40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən yuxarı 
  • Cinsi: Xanım.Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili -arzuolunandır;
  •  E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı; 
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli.

İş barədə məlumat:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi; 
  • Mülki, Mülki - prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;
  •  Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
  • Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;
  • Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;

İş qrafiki: Hər həftə 2 dəfə olmaqla, iş saatı 10:00 – 18:00

Qeyd: Xarici təhsili olan şəxslərə üstünlük veriləcək.

Uyğun namizədlər, ŞƏKİLLİ cv-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır! ([email protected])

Murad Abdullayev
​Fins.az