Show

22 Oktyabr

Superfon VAKANSİYA elan edir

Superfon kateqoriya meneceri (telefon aksesuarları və kiçik məişət əşyaları) vakansiya elan edir.

Fins.az xəbər verir ki, Superfon vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Həmin vəzifədə minimum 2 il (Korporativ satış sahəsində təcrübənin olması üstünlükdür)
Təhsil: Ali təhsil

Vəzifə öhdəlikləri:

  • Bazar və müştəri potensialını araşdırmaq;
  • İllik satış planının hazırlanması, analizi və nəzarət edilməsi;
  • Məhsul-kateqoriya ehtiyatının (stok) planlanması;
  • Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək;
  • Həftəlik, aylıq, illik olaraq satılmış məhsulları kateqoriyalar üzrə təhlil etmək;
  • Alınması planlaşdırılan kateqoriya üzrə məhsulların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək;
  • Məhsulun sifariş verildiyi andan, satış nöqtələrində satışa çıxarılanadək təqib olunması və bütün satış nöqtələrində olmasını təmin etmək və izləmək.

Tələblər:

  • Analitik düşüncə tərzi;
  • Satış texnikaları barədə biliklər;
  • İngilis dili B2 səviyyədə bilmək;
  • Yeni trendlərdən məlumatlı olmaq;
  • Planlama qabiliyyəti;
  • Ölkə xarici və daxili ezamiyyələrə açıq

Təminatlar:

  • Nahar  ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə;
  • İşlə bağlı bütün xərclər qarşılanır.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “ Kateqoriya meneceri (Telefon aksesuarları və Kiçik məişət əşyaları) ” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. ([email protected])

Murad Abdullayev
​Fins.az