Show

21 Oktyabr

PRİME Accessories Mağazalar Şəbəkəsi VAKANSİYA elan edir

PRİME Accessories Mağazalar Şəbəkəsi HR Generalist vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki, PRİME Accessories Mağazalar Şəbəkəsi vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

İş barədə məlumat:

  • Təlim və İnkişaf prosesinin təşkili, idarə edilməsi və keçirilməsi, illik təlim planının hazırlanması;
  • İşçilərin bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi;
  • Şirkət əməkdaşlarına KPİ və bonus sistemi hazırlamaq;
  • Kadr kargüzarlığının aparılması;
  • Şirkətin proses və prosedurlarının yazılması;
  • Yeni işçilərin rəsmiləşdirilməsi;
  • Məzuniyyət cədvəlinin təmin edilməsi ;
  • Açıq vakansiyaların təhlil edilməsi, şirkətdaxili və şirkətxarici elanları hazırlnması və yerləşdirilməsi;
  • Müsahibələrin təşkil edilməsi, keçirilməsi və namizədin yerləşdirilməsi;
  • Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili
  • Müsahibə nəticələrinin database-nin aparılması
  • Mütəmadi olaraq işçilərin davamiyyət cədvəlinin tutulması, tabelin hazırlanması
  • İşəqəbul və xitam proseslərinin təşkili

Namizədə tələblər:

  • Ali təhsil 
  • İnsan Resursları sahəsində iş təcrübəsi - 3 ildən artıq
  • Əmək Qanunvericiliyi biliyi
  • MS Office (Word, Excel), 1C proqramları biliyi
  • Azərbaycan,rus dilləri səlis , ingilis dili B2
  • Səlis nitq bacarığı, ünsiyyətcil, gülərüz
  • Komanda ilə işləmə bacarığı 
  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti
  • Stres altında işləmək bacarığı

İş qrafiki: 09:00-18:00 , 5 iş günü, 2 gün istirahət

İş yeri: Azure BM

AR Əmək məcəlləsinə uyğun sənədləşmə

Əmək haqqı: Min: 1500 azn + bonus.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Murad Abdullayev
Fins.az