Show

21 Oktyabr

Dövlət qurumu VAKANSİYA elan edir

Dövlət qurumu HR assistent vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki,Dövlət qurumu vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə və öhdəliklər:

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
  • Aylıq hesabatların hazırlanması;

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • 24-32 yaş; 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
  •  Minimal iş təcrübəsi – 1-3 il; 
  •  Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
  • Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 2000 AZN + Bonus.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “HR Assistent” yazaraq göndərə bilərlər. ([email protected])

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

Murad Abdullayev
Fins.az