Show

21 Oktyabr

Dövlət qurumu VAKANSİYA elan edir

Dövlət qurumu marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az xəbər verir ki,Kristal Abşeron vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə və öhdəliklər:

  • Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi;
  • Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
  • Sosial media platformalarında hədəflənmə (targeting);
  • Məzmun və post yaradılması üzrə fəaliyyəti;
  • Rəqəmsal B2C kommunikasiya;
  • Danışıqların, görüşlərin və təqdimatların keçirilməsi;
  • Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
  • Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
  • Marketinq büdcəsinin idarə edilməsi;
  • Gündəlik hesabatların aparılması
  • Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • Ali təhsil;
  • 24-32 yaş; 
  • Minimal iş təcrübəsi – 1-3 il; 
  •  Hərbi mükəlləfiyyət; (Bəy namizədlər üçün mütləq tələbdir.)
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
  • Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 2500 AZN + Bonus 

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Marketinq üzrə menecer” yazaraq göndərə bilərlər. ([email protected])

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.