Show

20 Oktyabr

BSC MMC VAKANSİYA elan edir

26 illik təcrübəyə malik “Business Service Centre" MMC şirkəti, öz komandasına yeni layihələrdə iştirak etməyə marağlı olan Aparıcı Mühasib axtarışındadır. Özünə güvənən və peşəkar bacarığa malik namizədlərin müraciətlərini gözləyirik. 

Fins.az xəbər verir ki, “Business Service Centre" MMC şirkəti vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
 
Aparıcı mühasib - 1500-2000 AZN 
Öhdəliklər:
•  Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
• Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
•  Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
•  Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
•  Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
•  Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
•  Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
•  İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
 
Tələblər:
• İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
• Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
• Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
• MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Komandada işləmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• İşi planlamaq bacarığı;
• Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
 
 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Aparıcı mühasib” yazaraq [email protected] mail ünvanına göndərilməsi xahiş olunur.

Əlaqə nömrəsi: +99470 493 32 03